Azərbaycanlı milyarder Moskvada nəhəng məscid tikəcək. Milyarder Qod Nisanova məxsus “Kiyevskaya Ploşad” şirkətlər qrupu tezliklə nəhəng İslam mərkəzinin tikintisinə başlayacaq. 2,7 hektar ərazidə yerləşəcək: İslam dini mərkəzi (mədrəsə və İslam universiteti); 60 mindən çox müsəlmanı qəbul edə bilən məscid; mehmanxana; ticarət kompleksi. Qod Nisanov Rusiyanın ən böyük bazarları olan "Sadovod" və "Fudsiti" şirkətlərinin sahibi kimi tanınır.