🇺🇲🇹🇷 "Biz Türkiyənin son nəsil F-16 Block 70 döyüş təyyarələrini alması və mövcud F-16 donanmasını modernləşdirməsi üçün mühüm addımlar atmışıq. Bunlar davam etdiriləcək. 🔸 Bu ABŞ-ın təhlükəsizliyi, Türkiyə və NATO-nun təhlükəsizliyi baxımından əhəmiyyətli əməkdaşlıqdır. Türkiyə NATO-nun ayrılmaz parçası və önəmli müttəfiqidir”. - ABŞ-ın Türkiyədəki Səfiri |
Türkiyənin ikinci astronavtı Tuva Cahangir Atasevər iyunun 8-də kosmosa yola düşəcək. Kosmosa səyahəti barədə danışan Tuva Cahangir Atasevər uçuş zamanı uniformasında Türkiyə bayrağının yanında Azərbaycan bayrağının da olacağını deyib. Türkiyənin Azərbaycan əsilli kosmonavtı kosmosa missiyası zamanı 7 müxtəlif elmi təcrübə həyata keçirəcək.
🇧🇾🇦🇿 Belarus Azərbaycanın Ağdam rayonunda müasir kənd təsərrüfatı şəhərciyi tikəcək. Bu barədə Baş nazirin müavini İqor Petrişenko bildirib. Bu gün Minskdə Azərbaycan Baş nazirinin müavini Əli Əhmədovun iştirakı ilə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilir.
Bu gün Azərbaycan Respublikasının Müdafiə Naziri General-polkovnik Zakir Həsənovun doğum günüdür. General-polkovnik Zakir Həsənov xidməti illərində Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, 30.06.2004-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 11.03.2008-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 19.04.2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, 05.06.2019-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə “Zəfər” ordeni və 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib.
🇷🇺🗣️ "Azərbaycan rəhbərliyi Rusiyanı bölgədə anlayan çox praqmatik və ağıllı bir komandaya malikdir. 🔸 İlham Heydər oğlu çox çətin həmkardır, çünki o hər zaman danışıqlarda qətiyyətlidir. Azərbaycan suveren, müstəqil siyasət aparan, öz maraqlarını qoruya bilən, amma qonşu ölkələrin də maraqlarını nəzərə almağı bacaran xüsusi ölkədir. 🔸 Bu baxımdan Rusiya da Azərbaycanın suverenliyinə, müstəqil siyasət yürütməsinə, Avropa ilə münasibətlərinə hörmətlə yanaşır və özünün Qafqaz siyasətində Azərbaycanın maraqlarını yüksək qiymətləndirir. - Putin |
  • Класс
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkiyənin dövlət neft-qaz şirkəti - BOTAŞ arasında energetika sahəsində sazişlər imzalanıb. “Marja” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi iqtisadiyyat və enerji sahələrində də strateji tərəfdaşlıq uğurla inkişaf edir. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə SOCAR və BOTAŞ arasında energetika sahəsində imzalanan sazişlər regionda enerji təhlükəsizliyinin güclənməsinə əlavə təkan verəcək” - deyə nazir qeyd edib.
🇷🇺🇦🇿 "Azərbaycan vasitəsilə biz İran, Türkiyə və körfəzin digər ölkələri ilə əlaqə quracağıq. Azərbaycan cənuba gedəcək yeni ticarət dəhlizində Hind okeanına çıxış üçün xüsusi tranzit olacaq". - Putin |
Bravo! 👏 Mini Futbol üzrə millimiz Avropa Çempionatında 1/4 Finala vəsiqə qazandı! 👏 Çempionluq üçün sadəcə 3 rəqib qaldı!
🇹🇷🗣️ "Siz türk tarixinin özüsünüz. Uyğur türkləri ilə Anadolu arasında bir könül körpüsü var. 🔸 Türkiyə Cümhuriyyəti Dövləti üçün uyğur dilinin, mədəniyyətinin, tarixinin qorunması vacibdir. Biz Türkiyə olaraq sizinlə könül körpüsü olmağa və Çinlə münasibətlərdə bu körpüdən münasibətlərin gələcək inkişaf perspektivləri üçün istifadə edəcəyik. Uyğurlar bizim qəlbimizin mərkəzindədir”. - Hakan Fidan |
Показать ещё