Hami kimi bu dunyaya gəlmişəm
Bu dunyaya peşman oldum gəlməyə..
Bir məna var , diqqət elə , fikirləş
Yaşayırıq illər boyu, ölməyə..
Zəhər kimi kədər görsən hazır ol,
Şəkər bilib , şirin bilib çəkməyə...
Qədrini bil , bilməsələr qədrini,
Başla qədir ağacını əkməyə...
Kölə olma zalımların əlində,
Zalımlardan tələs kölə seçməyə.
İcin yansa azanların içində
Başla haqdan dünyaya dərs keçməyə.
Həzz axtarıb hisslərinə qul olma
Hisslərini bacar kölə etməyə...
Ya sən qazan bu dunyada cənnəti ,
Ya hazir ol cəhənnəmə getməyə...
Yalan desən yalanlarım ardına,
Başlayarsan külək kimi əsməyə...
Söylədiyin yalan olsa , boş olsa,
Başlayarlar hər sözünü kəsməyə...
Ölüm həyat mənbəyidir insanın
Gərək həyat qazanmamış ölməyə.
Bir məna var,diqqət elə, fikirləş
Yaşayırıq illər boyu , ölməyə..
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1