- 10.05.14 E.A
Müəllif: Emin Akifoglu | Bu gün, 02:36 | Oxunub: 22| Yadda saxlamaq:
Kasıbları talamaqmı peşəniz?
Varlıları yalamaqmı peşəniz?
Bu milləti dolamaqmı peşəniz?
Bu sükutun bir tüğyanı olmazmı?
Yatan xalqın bəs üsyanı olmazmı?
Xalqın mayı milyon güllər içində,
Puldan payı milyon güllər içində
Milyon sayı , milyon güllər içində,
Bir insanin bəs vicdanı olmazmı?
Yatan xalqın bəs üsyanı olmazmı?
Bu dövranın var çox "açıq" insanı
Azadlığın açıq-saçıq insanı,
Üzdə kübar , sözdə qatıq insanı
Bes mədəni bir insani olmazmı?
Yatan xalqın bəs üsyanı olmazmı?
Alverçilər artır yaman , alan cox,
Haqq axtaran, axır zaman, yalan cox,
Müsəlmantək qalan azdır, azan cox,
Müsəlmanın din, imanı olmazmı??
Yatan xalqın bəs üsyanı olmazmı?
Yatan başlar oyanmazmı qışından,
Azadlığın ətrin duymaz quşundan?
Yatan xalqım utanmazmı yaşından?
Bədbəxtliyin axır anı ,olmazmı?
Yatan xalqın bəs üsyanı olmazmı?
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев