Mən bilmədim alçaqlığı
nəfsimlə qərar dəyişim,
zamanım xoş keçsin deyə
hər ayda bir yar dəyişim.
Mən sevmedim yaltaqlığı
gündə min yüz dona girim,
çatmaq üçün muradıma
ona girim, buna girim.
Mən etmədim haqsızlığı
gəlim şeytan hədəfinə,
üstəlik badə qaldırım
şərəfsizin şərəfinə.
Mən seçmədim qəddarlığı
mal yerinə ulaq kəsim,
öz evimi yedirməyə
özgə evdə qulaq kəsim.
Mən satmadım insanlığı
qürurumu əydirmədim,
üzümə gülsünlər deyib
arxam ilə söydürmədim.
Xeyal Xezri