Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Son illərdə Astara rayonunun sosial-iqtisadi həyatında əsaslı
dəyişikliklər baş vermiş, əhalini narahat edən problemlərin həlli və
infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər
həyata keçirilmiş, Modul tipli Elektrik və Astara Qaz-Kompressor
Stansiyaları, Olimpiya İdman Kompleksi, Gənclər evi, Boks Mərkəzi,
dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48
mənzilli 2 yaşayış binası inşa olunmuş, 90 çarpayılıq Rayon Mərkəzi
Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilmiş, təh