Məgər bu təzədir?
Dəyirmana su tökürük, erməni dəyirmanına. İlham Əliyev belə deyirdi haqqımızda. Adam erməni əsirlərini dalbadal xilas edirdi. Məntiqlə "erməni dəyirmanına su tökən" yarlığı yapışdırıb həbs etdirdiyi müxalifləri də azad etməli idi axı. Amma etmədi. Niyə? Çünki biz erməni dəyirmanına su daşımırdıq, bizi bu cür adlandıran zehniyyətə qarşıyıq və etiraz edirik.
Etiraz edən xalqına qarşı "narkoman", "terrorçu" demək yeni deyil. Bizdə bunu vaxtilə vəzirovlar da ya deyib, ya da deyilməsinə imkan yaradıb. Ordunun yaranmasına hər vəchlə mane olan Mütəllibov kimi xain xislətli, "Stokholm sindromu"na tutulanlar da eyni işi görüblər. Mütəllibovsevərlər incisin, lap əla. Adam bir müsahib
"Bəzi uşaqlar dünyanı heç vaxt görmürlər. Onlarda sağ qalmaq instinkti çox güclüdür. Onlar bir-birinə arxayın olmağa öyrəşiblər."
Nə vaxtsa, bir əhməq (axmaq) demişdi ki, ədəbiyyat ancaq və ancaq qəhrəmanlardan yazmalıdır, yəni uğurlu, məqsədlərinə az-çox nail olmuş insanlardan, ədəbiyyat qurbanlardan yazmamalıdır. Bəlkə o, bunu kinoya da aid edirmiş, bilmirəm. Amma, nə ədəbiyyatın, nə də kinonun işi təkcə, uğurlu, dözümlü insanlardan yazmaq, danışmaqla sərhədlənməməlidir. Nə yaxşı ki, sərhədlənmir də.
Çox təəssüf ki, çəkildiyi vaxtda da, indi də bu film haqqında az danışdılar. Səkkiz rejissorun bir yerə yığışıb araya-ərsəyə gətirdiyi "Gözəgörünməz uşaqlar" filmi Mehdi Şərifin "Tanza"sı ilə
"Gecəniz xeyirə"
..."Gecə daha güclüdür, böyükdür gücü".
Əslində, ondan, yəni "Kino" qrupundan - Viktor Tsoydan yazmaq istəyirdim. Daha doğrusu, "Kino"nun illərdir sevərək dinlədiyim "Спокойная ночь" mahnısından. Və yadıma düşdü ki...
İki il bundan əvvəlin söhbətidir, deyəsən. Əziz dostum Tariyel (Tariyel Əliyev) növbəti söhbətlərimiz zamanı mənə bir filmdən danışdı. Hələm-hələm hər şeyi bəyənməyən Tariyel bu filmdən ağızdolusu danışırdı. Filmi mənə elə şövqlə tövsiyə edirdi ki, sanki məcməyidə qızıl verir. Doğru da edirdi. Sənət əsərini gərək belə təqdim edəsən. Söz verdim ki, baxacağam. Sağollaşandan sonra evə qayıdırdım. Tariyeldən telefonuma məktub gəldi. Yazırdı ki, filmi ona dəyərli d
Sevimli qardaşım mənim, sən hamını inandıra bildin. Heyif... Göz yaşları içində yaza-yaza düşünürəm: nə qədər işgəncəli, əzablı imiş buna dözmək.
Olaydı, kaş olaydı bu xəbər yalan. Çıxıb gələydin, ya da zəng edib deyəydin ki, gəncliyimə, dəliqanlılığıma salıb bir zarafat etdim, bağışlayın məni. And içirəm, səni kənddə qınayan hər kəsin yanında səni müdafiə edərdim, bir yolla bəraət qazandırardım. Teymur əmi ilə münasibətlərim gözəldir. Bilirik ki, o, buna əsəbləşərdi, çox əsəbləşərdi, acığı tutardı sənə ki, "Bu boyda oğlanın etdiyi hərəkətə bax."
Amma, Teymur əmini də sakitləşdirərdik, bir yolunu tapardıq.
Bəs indi necə sakit edək o kişini? İki gündür ki, baş sındırırıq, tapa bilmirik bir yo