Əlvida!
Burada qarğa-quzğun hücum çəkibdi leşə,
Yatmamışam, oyağam, saat işləyib beşə,
Hicran oxtək bağrını neyləyim dəlib deşə?
Sayıb dəyər vermədin heç mənim kimi bir eşə,
Üstdən aşağı baxdın sən bucür zəhmətkeşə.
Qoşa atsaq bəxt daşın bir daha düşməz şeşə,
Əkdiyim ağacları nə sındırıb nə buda,
Sənə məktub yazıram, yazıram ki əlvida!
Mənə yalan söylədin, qurdun hiylə kələklər,
Artıq birgə döyünmür birgə olan ürəklər.
Gedişinlə puç oldu bütün arzu, diləklər,
Yıxılmağa qoymadı çiynimdəki mələklər,
Yaşamağa zövq verir əlvan rəngli çiçəklər,
Burda hava xoş keçir, əsmir soyuq küləklər.
Səndən çox uzaqdadı yaşadığım bu ada,
Sənə məktub yazıram, yazıram ki, əlvida!
Etdiyim yaxşılığı mən başın
Salam hər vaxtınız xeyir nə var nə yox kefiniz əhvalınız nətərdi hörmətli dostlar və dəyərli oxucular Bu gün müəllimlər günüdü bu münasibəti ilə dostluqumda olan müəllimlik sənətinə sahib olan və bu peşəyə yiyələnməkdə olan bütün orta Ali təhsil ocaqlarında dərs deyən müəllimlərin bayramların səmimi qəlbdən təbrik edirəm bayramları mübarək. Müəllərimlərə həsr etdiyim şeirimi təqdim edirəm buyurub oxuyub bilərsiniz.
Müəllim.
Peşəsi müqqədəs, təmiz vicdanı
Kəlməsi məktəbdi, baxışı elm,
Şagirdlər doğması, əzizi, canı,
Daşıyır şərəfli bir ad müəllim.
Gəlib getdiyi yer təhsil ocağı,
Hər kəsə eynidi baxış bucağı,
Şagirdlərə açır isti qucağı,
Daşıyır şərəfli bir ad müəllim.
Alqışa layiqdi müəll
Salam hər vaxtınız xeyir nə var nə yox kefiniz əhvalınız nətərdi hörmətli dostlar əziz oxucular gecdə olsa cümə günüz mübarək yeni şeirimi sizə təqdim eləyirəm buyurub oxuya bilərsiz.
Gedirəm Mən.
Yazıldı bəxtimə nakam məhəbbət,
Bir həzin musiqi çal, gedirəm mən,
Bilirəm məni çox üzəcək həsrət,
Yaralı könlümdə xal, gedirəm mən.
Qaranlıq dünyamın nurlu səhəri,
Bilirdim eşqimin səni şəhəri,
Sənsə mənə gizlin verdin zəhəri,
Dəyişib üzümdə hal, gedirəm mən.
Payız havasıtək dəyişkən olma,
Gah gülüb, gahda ki, gözündə dolma,
Əl qatıb özünü yalandan yolma,
Düşüb saçlarıma çal, gedirəm mən.
Mən necə söyləyim bunu qəhərsiz?
Vəfasız eşq bağım olub bəhərsiz.
Mindiyim atım da yüyən, yəhərsiz,
Ayaql
Salam hər vaxtınız xeyir nə var cümə gününüz mübarək əziz dostlar və dəyərli oxucular yeni şeirimi təqdim edirəm buyurub oxuya bilərsiniz.
Subaya Baxmır.
Bəlkə çoxu məni qınayıb danlar,
Xoşbətlik komaya, saraya baxmır,
Bunu yaşamayan bundan nə anlar,
Eşq hissi evliylə, subaya baxmır.
Ilkin tanışlıqda çoxu karıxır,
Sevəndən sonra da inan darıxır,
Qovuşmağa yarla canan darıxır,
Eşq hissi evliyə, subaya baxmır.
Insanın ruhuna göstərir təsir,
Qəlbini özünə eyləyir əsir,
Hər kəsə məlumdu deyildi ki, sirr,
Eşq hissi evliylə, subaya baxmır.
Dünyada gözləri onu axtarar,
Ürəkdə sakitcə çəkər intizar,
Bəzilərin gizlin bir sevdiyi var,
Eşq hissi evliyə, subaya baxmır.
Vüsal həsrətiylə sevənlər ya
Salam hörmətli dostlar dəyərli oxucular gecdə olsa Qurban bayramı cümə günüylə bağlı səmimi qəlbdən təbrik edirəm Bu ayın son şeirin təqdim eləyirəm buyrub oxuyun.
Görüş Qucaqlaş.
Bu saf hislərimi həvəstək gördün,
Xəyanət eylədin, məndən uzaqlaş!
Çəpəri araya sən özün hördün,
Get özgə biriylə görüş, qucaqlaş.
Aldatdın başımı, gəl al boynuna!
Bir daha olmaram qurban oyununa.
Əlbəttə girmərəm artıq qoynuna.
Get özgə biriylə görüş, qucaqlaş!
Sənə inanmaqla səhv eylədim çox,
Min yalan danışdın mənə, vurdun ox!
Düşsə də çətinlik mənə, eybi yox
Get özgə biriylə görüş, qucaqlaş!
Döndü xəzan oldu ömrümün yazı,
Yəqin belə imiş, İlahi, yazı!
Mən artıq oluram indidən razı,
Get özgə biriylə görüş,