Və Günün hədisləri: Və İslam ariflərindən: Və Din oğrularına! Və Tövsiyyə və dualar: Və Ruzinin çoxalması üçün qılınan namaz. Və Yaddaşı gücləndirmək üçün tövsiyyələr. Və Mücir duasının fəziləti. Və Müdriklərdən kəlamlar: Və "Hafiz Osmanın xətti!". Və Maraqlı faktlardan:
Gözəl Qurandan ayələr:
“Allah şübhəsiz, Ona yardım edənə yardım edəcəkdir”... Həcc surəsi: 40
"(Allahın dininə üz tutun!) Tövbə edərək Ona tərəf qayıdın, Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın"... Rum surəsi: 31
"Ogün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir"... Qiyamət surəsi: 13
"Rəbbini tərifləyib,şükür et səcdə edənlərlə birlikdə ol!".. Hicr surəsi: 98
"Möminləri qoyub, kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz, izzət və qüdrət tamamilə Allaha məxsusdur"... Nisa surəsi: 139
"(Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar. Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!".. Nisa surəsi: 167, 168
"Əgər Allahı, Onun Rəsulunu və axirət evini istəyirsinizsə, şübhəsiz, Allah içərinizdən yaxşı iş görənlər üçün böyük bir mükafat hazırlamışdır"... Əhzab surəsi: 29
"Göylerde ve yerde ne varsa,(hamisi) Allaha məxsusdur. Siz ürəyinizdə olani zahirə çixarsaniz da, çixarmasaniz da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər.(Allah) istədiyini bagişlar, istədiyinə də ezab verer. Allah hər şeyə qadirdir".... Bəqərə surəsi: 284
Quranın nəzərində insanın dəyəri.
Şübhəsiz ki, insan varlıq aləminin fövqəladə bir məxluqudur. İnsanın haqqında çox sayda söz eşitmişik. Ancaq insanın dəyərini hamıdan çox onu Yaradan bilir. Ona görə də Qurana müraciət edək və Xaliqin biz insanlara verdiyi dəyərləri öyrənməyə çalışaq.
1. Allahın canişini.
Quran: "Və (yadına sal) o zaman(ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən Mən yer üzündə bir canişin (Allahın oradakı nümayəndəsi, ya da oranın nəsli kəsilmiş qədim sakinlərinin canişini) qoyacağam"".
"Bəqərə” surəsi, ayə 30
Quran: "Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur”... Ənam” surəsi: 165
Bu ayələr insanın varlıq aləmindəki ən mühüm məxluq olduğunu isbat edir. Yəni, Allahın canişini elan edir. Ona görə də insan dəyərini bilməli və özünü Allahın canişini kimi aparmalıdır. Nəinki zəlil və xar kimi.
2. Mələklərin müəllimi.
"Allah buyurdu: "Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver". Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: "Sizə demədimmi ki, həqiqətən Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!"”. Bəqərə” surəsi: 33
3. Allahı axtarmaq fitri hissi.
"O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: "Mən sizin Rəbbiniz deyiləmmi?" (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: "Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik" - dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qafil idik" deyəsiniz”... Əraf surəsi: 172
İnsan fitri olaraq Allahpərəstliyə meyl edər. Çünki bu onun fitrətinə və zatına qoyulmuş sifətdir.
4. Maddə və məna aləminin məcunu.
"Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli "məhv və isbat" lövhəsində yazıb, qəti əcəl isə "Lövhi-Məhfuz"dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz”... Ənam surəs: 2
"Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!".. Hicr surəsi: 29
5. İnsan seçim edəndir.
"Biz əmanəti (iman və təqvadan hasil olan uca, mənəvi və insani kamallara yetişməyi) göylərə, yerə və dağlara təklif etdik (onların bunu götürmək qabiliyyətlərini ölçdük), onlar onu (öz öhdələrinə) götürməkdən boyun qaçırtdılar və qorxdular (onlarda belə bir şeylə vəsflənmək səlahiyyəti olmadı və hallarının dili ilə qorxu izhar etdilər) və insan onu boynuna götürdü (onda zati bir səlahiyyət var idi, beləliklə təbiəti cəhətdən də onu qəbul etdi və buna görə də səmavi dini peyğəmbərlərin vasitəsilə onun öhdəsinə qoyduq) və həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”... Əhzab” surəsi: 72
Bu ayə insanın seçim etmək qabiliyyətinə malik olduğunu sübut edir. Yəni, insan təhlükəli bir işə əl ataraq onun nəticəsini düşünmədiyi üçün zalım adlandırılmışdır.
6. Ancaq Allahla aram olar.
"O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”... Rəd” surəsi: 28
7. Allaha qovuşmaq istəyi.
"Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan”... İnşiqaq” surəsi: 6
8. Bütün nemətlər insan üçündür.
"Yer üzündə olanların hamısını sizin üçün yaradan, sonra isə səmaya (onun yaradılışına) başlayan, beləliklə onları (hikmətə uyğun və yaradılışında heç bir nöqsan olmadan) yeddi səma halında nizama salan Odur. O, hər şeyi biləndir”... Bəqərə surəsi: 29
Günün hədisləri:
“Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, onu sevəni sev və onunla düşmənçilik edənlə düşmən ol! İlahi, ona kömək edənə kömək ol və ona öz köməyini əsirgəyənə sən də öz köməyini əsirgə!”..
Sonra o, bu məsələni xalqa çatdırdığı barədə səhabələrdən şahidlik və etiraf alaraq buyurdu: “İlahi, özün onlara şahid ol!”..
Hz. Peyğəmbər (s)
"Aqilin dili qəlbinin arxında, axmağın qəlbi dilinin arxasındadır"...
"Allah üçün səni pərişan edən günah səni lovğalandıran yaxşı işdən üstündür"...
“Danışığı çox olanın səhvi də çox olar”...
"Ən yaxşı qüdrət, ağıllı olmaqdır"...
"Ağlın azlığından betər xəstəlik olmaz"...
“Dünya barəsində nə deyim ki, əvvəli əziyyətdir, axırı
yoxluq. Halalının haqq-hesabı var, haramının əzabı. Onda ehtiyacsız olanlar əziyyət çəkir, möhtaclar qəm-qüssə. Arxasınca gedəndən qaçır, ondan üz döndərənə tərəf gedir. Bəsirət gözünü açanları görən, ona gözünü dikənləri isə kor edir"....
"Hər kim nəyə aşiq olarsa , həmin şey onun gözünü kor, qəlbini xəstə edər. Belə insan sağlam olmayan gözlə baxar, eşitməyən qulaqla eşidər. Şəhvətlər onun ağlını pərən-pərən salmış və dünya qəlbini öldürmüşdür"...
İmam Əli (ə)
"Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdir. Əgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunacaqdir. Əks halda sair əmllər ona heç bir fayda verməyəcəkdir"... İmam Baqir (ə)
"Möminin imanı ancaq əməli ilə möhkəmlənər və əməl imanın bir hissəsidir"... İmam Sadiq (ə)
"Möminin problemini həll edib onu qəmdən qurtaranı Allah qiyamət günü qəmdən azad edər"... İmam Rza (ə)
"Heç kimin haqqı yoxdur ki, başqasının icazəsi olmadan onun əmlakına dəxalət etsin”... İmam Mehdi (ə.f)
İslam ariflərindən:
"Əgər Allahdan hər hansı bir istəyiniz varsa, heç olmasa bir pis əməlinizi tərk edin! Yaxud da öz ibadətlərinizin sırasına bir ibadət də əlavə edin". Ayətullah Əbdülkərim Həqşenas (r)
"Qurandan sonra ikinci kitab sayılan Nəhcül-bəlağəni İmam Əli (ə)dan başqa qələmə almağa heç kimin qüdrəti çatmazdı"... Kornikuy
"Heç bir şeyin, heç bir şey yetmədiyi yerdə,Allah hər şeyə yetər"...
"Həqiqətdə, haqqla mübarizə aparan və Allahla bağladığı əhdi pozanlar gec-tez əməllərinin cəzasını alacaqlar"...
"Dil balacadı, amma yükü çox ağırdı"...
Din oğrularına!
Bir oğru yolda bağlama tapdı. Bağlamanın üstünə Ayətəl-kürsi yazılmışdı ki, Allah bağlamanı oğrudan qorusun. Oğru bağlamanı yerinə qoyub yoluna davam edəndə onu tanıyan biri soruşdu: Nə üçün götürmədin?
Oğru təhqir olunmuş kimi hirslə dedi: Mən mal oğrusuyam, din-iman oğrusu yox! Götürsəm sahibinin Allaha imanı itər.
Tövsiyyə və dualar:
"Yеmәkdәn әvvәl vә sоnrа әllәri yumаq ömrü çохаldır"... Hz. Əli (ə)
Ruzinin çoxalması üçün qılınan namaz.
İki rəkət namaz qılıb, namazdan sonra bu duanı oxuyursan.
Ya Macidu, ya Vahidu, ya Kərim, Ətəvəccəhu iləykə bimuhammədin nəbiyyikə nəbiyyir-rahməti salləllahu ələyhi və alihi. Ya Muhəmmədu ya Rasuləllahi inni ətəvəccəhu bikə iləllahi rabbi və rabbikə və rabbi kulli şəy. Və əsəlikə Allahummə ən tusalliyə əla Muhəmmədin və əhli bəytih. Və əsəlukə nəfhətən kərimətən min nəfəhatikə və fəthən yəsirən və rizqən vəsiən əlimmu bihi şəəsi və aqzi bihi dəyni və əstəinu bihi əla iyali...
Hacət olan şəxs üçüçn
Hz. Fatimeyi Zəhra (s.ə)ya 2 rükət hədiyyə namazı qılıb, qunutunda aşağıdakı duanı oxuyarsa, hacətinin (əyər xeyirlidirsə ) həyata keçməməsi qeyri mumkundur... Dua belədir:
"Əllahummə Bi-Fatimətə və Əbiha və Bəliha və Bəniha və s-sirril - Mustəvdə'i ələyha. İqzi hacəti və sallallahu əla Muhammədin və Ali Muhamməd"...
Yaddaşı gücləndirmək üçün tövsiyyələr.
"Ey Əli! Üç şey yaddaşı gücləndirir, bəlğəmi aradan qaldırır...Kundur, misvak, Quran qiraəti"...
Kudu...
Hz. Peyğəmbər (s) Hz. Əli (ə)a buyurur: "Ey Əli! Kudu yeməyi yaddan çıxarma. Kudu beyin və ağılı gücləndirir...
Hz. Peyğəmbər (s) çox Kudu yeyərdi. Bir gün Ənəs ondan soruşdu ki, deyəsən kudunu çox sevirsiniz?
Buyurdu: "Bəli, çünki kudu beyin və ağılı gücləndirir"...
"Kudu yeməyi yaddan çıxarmayın. Kudu ağılı gücləndirir... Kudu yeyin, o ağılı artırır, beyinin həcmini iriləşdirir"... İmam Əli (ə)
Kərəfs...
"Kərəfs yeməyi unutmayın. Kərəfs düşüncəni gücləndirir"... Hz. Peyğəmbər (s)
Hz. Peyğəmbər (s) İmam Hüseynə (ə) buyurdu: "Övladım kərəfs ye. Kərəfs peyğəmbərlərin, o cümlədən Xızır (s) və İlyasın (s) yediyi göyərtilərdəndir. Kərəfs kirəcləşmə və tıxaclanmanın qarşısını alır. Qəlbi təmizləyir, yaddaşı gücləndirir, dəlilik, cüzam, alanı aradan qaldırır, qorxunu uzaqlaşdırır"...
Hz. Peyğəmbər (s): Kərəfs İlyas (ə), Yəsə (ə) və Yuşə (ə) ibn Nunun (ə) yediyi göyərtidir, kərəfs yeyin.
Balın təsiri...
"Allah-Taala balı bərəkətli edib, onda xəstəliklərə şəfa var. Yetmiş Peyğəmbər (s) balın həmişə faydalı olmasını Allahdan istəyib...
"Yeni doğmuş qadın üçün xurmadan, xəstəliklər üçün baldan yaxşı dərman yoxdur"...
"İki dərmanı yaddan çıxarmayın: Bal və Quran!"..
Hz. Peyğəmbər (s)
Mərcinin təsiri.
Bir şəxs Hz. Peyğəmbərə (s) ürəyi bərklikdən şikayətləndi. Hz. (s) buyurdu: "Mərci ye, mərci qəlbi yumşaldır, gözdən yaş gətirir"...
Həzrət (s) buyurur: "Mərci yeyin. Mərci qəlbi yuxalaşdırır, gözün yaşını artırır. Yetmiş peyğəmbər mərcini pak və müqəddəs sayıb... Mərci bərəkətli və pakdır, qəlbi nazildir, gözə yaş gətirir. Yetmiş peyğəmbər, sonda İsa (ə) olmaqla mərcinin həmişə olmasını Allahdan istəyib".
İnək südü...
"Sizə inək südü içməyi tövsiyə edirəm. İnək hər otdan yediyi üçün südündə xəstəliklərə şəfa var...
Xəstəliklərinizi inək südü ilə sağaldın. Ümid edirəm ki, Allah onda şəfa qərar verib. Çünki inək yarpaq və otlarla qidalanır...
Hz. Peyğəmbər (s)
Hz. Peyğəmbər (s)dan soruşurlar ki, inək südü ilə müalicə olarmı?
Hz. Peyğəmbər (s) buyurur:
- "Allah bütün xəstəliklər üçün dərman qərar verib. Süd için, çünki inək hər ot və ağacdan yeyir...
"Allah nə dərd göndəribsə, o dərdə dərman da göndərib. İnək südü dərdlərə dərmandır"...Hz. Peyğəmbər (s)
Sarımsaq..
Hz. Peyğəmbər (s) Hz. Əliyə (s) buyurur: Ey Əli (ə) sarımsaq ye. Əgər mələklərlə danışmasaydım mən də yeyərdim...
Sarımsaq yeyin, sarımsaqda 70 xəstəliyin dərmanı var"...
Hz. Peyğəmbər (s)
"İlahi məni insanların gözündə nə qədər böyütsən, öz gözümdə bir o qədər kiçilt!"..
Başını onun çiyninə qoyub "Xahiş edirəm məni tərk etmə" deyə yalvarmaqdansa, Alnını səcdəyə qoyaraq "Qəlbimə görə ver Allahım"- de.
Mücir duasının fəziləti.
Rəvayətə görə, Həzrəti Rəsul (s) buyurdu: - Mən me’raca aparılanda və hər bir asimana yetişəndə mələklərin bu duanı oxuduqlarını gördüm. Cənab Cəbrayıla sual verdim: - Ya Əbinallah! Bu duanın şərhi nədir? Cəbayıl (əleyhissəlam) ərz etdi: - Ya Rəsulallah, bu bir duadır ki, əgər meşələr qələm və sular mürəkkəb olsa belə, 7 təbəqə göyün mələkləri bu duanın savabının heç yüz mindən birini yaza bilməzlər. Ya Məhəmməd, əgər bir şəxs bu duanı gündə, ayda, ildə bir dəfə oxuya bilməsə, ömründə cəmi bir dəfə oxusa belə, aşağıda qeyd etdiyim savab işləri görmüş hesab edilər:
40 min dəfə Qur’anı xətm edər, 40 min gecə qədir gecəsini tapar, 40 min məscidi tə’mir etmiş olar, 40 min dəfə piyada yolunda sədəqə vermiş olar.
Ya Rəsulallah, əgər bir şəxs bu duanı sidq ürəkdən yazıb götürsə, 4 kitabı 40 min dəfə oxumuş olar.
Ya Məhəmməd, bu duanın bərəkətindən və əzəmətindən həzrəti Adəmin tövbəsi qəbul olundu. Bu duanın mərhəmətinə həzrəti Yusif qaranlıq quyudan çıxdı, həzrəti Nuh tufandan xilas oldu, həzrəti Əyyub ağlamağın bəlasından xilas oldu, həzrəti İbrahim (əleyhissəlam) Həmrudun odundan nicat tapdı və odu Allah təala onun üçün gülüstana çevirdi. Bu duanın bərəkətindən İsa peyğəmbər asimana getdi əv həzrəti Musa Fir’on Lə’nətullahın əlindən zəfər tapdı və həzrəti İsmayıl (əleyhissəlam) qurban kəsilməkdən xilas oldu. Bu duanın bərəkətindən Allah təala Səni Xatəmənnəbi, yəni axırıncı peyğəmbər etdi.
Ya Məhəmməd, kim bu duanı sidq ürəklə oxusa, ya özü üçün götürsə, odda yanmaz, suda batmaz, xalqın gözündə əziz, hörmətli və möhtərəm olar. Cəmi zalımlardan, nanəcib və xəbis adamlardan Allah onu hifz edər və düşmənin dili onun üstünə bağlı olar, sehrli cadu ona dəyməz.
Bu duanın kəramətinə hər kəs şəkk gətirsə kafirdir və islamdan kənardır.
Müdriklərdən kəlamlar:
"O aləmlərə rəhmət...
Aləmlər Ona həsrət"...
"Və insan həmişə sevdiyi ilə imtahan olunur"...
"Bir şam digər bir şamı alovlandırmaqla,işığından bir şey itirməz"...
"Bir şam digər bir şamı alovlandırmaqla, işığından bir şey itirməz"... Mövlanə Cəlaləddin
"Yaxşı insan,gözəl söz söyləyən deyil,söylədiyini edən,edə biləcəklərini söyləyən adamdır"... Konfutsi
"Kimsəni qırmayım deyirəm, bir də baxıram özüm param-parçayam!".. İlhan Berk
"Hər insan hər kəs qarşısında hər şeydən məsuldur"... Dostoyevski
"Azadlıq üçün göy üzünü satın almağınıza ehtiyac yoxdur. Ruhunuzu satmamağınız yetərlidir"... Nelson Mandela
"Pulun ala bilməyəcəyi bir şeyi almayıncaya qədər varlı deyilsiniz"... Garth Brooks
"Həyatda ediləcək o qədər səhv var ki, eyni səhvi etməkdə israr etməyin mənası yoxdur"... Sartre
"Hafiz Osmanın xətti!". Və Maraqlı faktlardan:
Osmanlı dövrünün məşhur xəttatı Hafiz Osman bir gün qayığa minir. Qayıqçı gediş haqqını tələb edəndə, Hafiz Osman cibinə baxıb görür ki, pullarını unudub evdə qoyub. Ona görə də qayıqçıya təklif edir: «Gediş haqqının əvəzi olaraq, gəl sənə gözəl xətlə bir «vav» hərfi yazıb verim». Qayıqçı narazı halda xeyli deyinir, amma axırda əlacsız qalıb razılaşır. Xəttat bir kağız parçası üzərində "vav" hərfi yazıb qayıçıya verir.
Bu hadisənin üstündən bir müddət keçdikdən sonra qayıqçının yolu kitab dükanına düşür.
Orada gözəl xəttatlıq nümunələrinin satıldığını görüb, cibindəki kağızı xatırlayır. Onu satıcıya göstərən kimi, "Hafiz Osmanın xətti!" deyə sevindiyini görür. Bütün kitabsatanlar toplaşıb, kağıza tamaşa edirlər. Kitabsatan böyük məbləğ müqabilində kağızı qayıqçıdan alır.
Bir neçə ildən sonra Hafiz Osman yenə həmin qayığa minməli olur. Düşərkən gediş haqqını verəndə qayıqçının:
- Əvəzində yenə bir "vav" yazın,
Xahişinə cavab olaraq deyir:
- O "vav" bir dəfə yazılar. Sən pulunu al!..
Maraqlı faktlardan:
CD disklərin ümumi oxuma müddəti yapon təsisçiləri tərəfindən elə seçilmişdir ki, bu diskə Bethovenin 9-cu simfoniyası tam yerləşsin. Bunun səbəbi - Bethovenin 9-cu simfoniyasının Sony şirkətinin vitse-prezidentinin sevimli musiqi əsəri olmasıdır.
Nəticədə bəzi texniki səbələrdən diskin ümumi oxuma müddəti simfoniyanın uzunuluğundan yarım dəqiqə az alınmışdır. Diskin ümumi oxuma müddəti 74 dəqiqəyə bərabər oldu..
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев