Və “Ləyl” surəsini oxuyanın bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər. Və Quranla müalicə. Və Günün hədisləri: Və İslam ariflərindən: Və Salavatın savabının dəyərini bilirsizmi?! Və Tövsiyyə və dualar: Və İmam Əli (ə)ın 13 mühüm vəsiyyəti. Və Dua: Və Müdriklərdən kəlamlar: Və Mənim ən gözəl şeirim İmam Həsən (ə) haqqındadır. Və Gəncin Şeyxlə söhbəti. İbrətamiz hekayə. Və Təndirdən su çıxdı. Tarixi ibratamiz hekayə. Və Necə deməkdən asılıdır. İbrətamiz hekayə. Və Türkiyədəki şəhidlərə həsr olunur. İbrətamiz hekayə. Və Kəmsavad vaizin "cavabı". Hekayə.
Gözəl Qurandan ayələr:
"Biz onları mağarada illərlə (üç yüz doqquz il) yuxuya verdik"... Kəhv surəsi:
“Qiyamət günü mütləq gələcəkdir onun barəsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir”... Ğafir surəsi: 59
"Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin"... Nəhl surəsi: 114
"Allahın cəzası şiddətlidir!"... Rəd surəsi: 13
"O saat (Qiyamət) mütləq gələcəkdir"... Hicr surəsi: 85
"Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbr etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar"... Furqan surəsi: 75
"Kitabın (Quranın) nazil edilməsi yenilməz qüvvət, hikmət sahibi Allah tərəfindəndir!"... Zumər surəsi: 1
"Yer üzərində inam, yəqin axtaran kəslər üçün nişanələr, ibrətlər vardır. Və sizin öz vücudunuzda da, nişanələr mövcuddur. (məgər) Görmürsünüzmü?".. Zariayat surəsi: 20, 21
"Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət eməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər"... Furqan surəsi: 7
Quran və hədislərdə:
Qurani-Kərim möminlərin aqibəti haqqında danışan zaman, onları Firdovs bağlarının sakinləri kimi tanıdır.
“Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri - Firdovs bağlarıdır. Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə)dəyişilmək istəməzlər”... Kəhf” surəsi: 107, 108
Rahatlıq və təhlükəsizlik - iki nemətdir ki, hər kəs dünyada onu axtarar, onu əldə etmək üçün səy göstərər. Ancaq o zamana qədər ki, insanın ixtiyarında olar, dəyərini bilməz, qədrini bilməz. Əlindən verən zaman bu nemətlərin dəyərini xatırlayar.
“İki nemət qəflətə və naşükürlüyə məruz qalar: təhlükəsizlik və rahatlıq, salamatlıq və sağlamlıq”... Hz. Peyğəmbər (s)
Bəs nə edək ki, həyatımızda rahatlıq və təhlükəsizlik olsun?
“Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”... Rəd” surəsi: 28
“Allahın həqiqi zikri odur ki, insan günah və haram qarşısında qərar tutan zaman, Allahı yadına salsın və qorxsun. Günah və haramdan çəkinsin”... Hz. Peyğəmbər (s)
Təhlükəsizlik və rahatlıq - elə nemətlərdir ki, behiştə aiddir. İnsan dünyada hər nə qədər onu əldə etməyə çalışsa da, hədəfinə çatmaz. Çünki bu dünyada olan hər şey fanidir və tez keçəndir.
Qurani-Kərim iman və təqvası sayəsində behiştə daxil olan möminlər haqqında buyurur.
“(Daxil olan zaman onlara) "(Allah və mələklər tərəfindən olan) salamla oraya daxil olun ki, (hər hansı bir zərər-ziyandan, xüsusilə fani olmaqdan və müddətin sona çatmasından) amanda olacaqsınız"”... Hicr” surəsi, ayə 46
İlahi mələklər onlara deyərlər.
“Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız”... “Əraf” surəsi: 49
Pak məskənlər - behişt əhlinə əta olunan nemətlərdəndir.
“Allah mömin kişilərə və möminə qadınlara (ev və ağaclarının) altından çaylar axan, əbədi qalacaqları cənnətlər vəd etmişdir. Həmçinin əbədi cənnətlərdə pak məskənlər! Allah tərəfindən olan razılıq (isə bütün nemətlərdən) böyükdür. Budur böyük uğur və qurtuluş!”... Tövbə surəsi: 72
Bəli, behiştdəki evlər o qədər pak və hər şeylə təchiz olunub ki, möminlərə rahatlıq və hüzur verər.
“Lakin iman gətirən və yaxşı iş görənlərə etdiklərinin müqabilində ikiqat mükafat vardır və onlar cənnət otaqlarında əmin-amanlıq içindədirlər”... Səba surəsi: 37
Bu evlərin elə bağları vardır ki, gözəl ağaclara və axan çaylara malikdir.
“Həqiqətən, cənnət əhli o gün xoş bir əhval - ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri (ağacların və qəsrlərin) kölgələr(i) altında öz bəzənmiş taxtlarına söykənərlər. Orada onlar üçün (hər cür) meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır”...
Yasin surəsi: 55-57
Bəli, həqiqi hüzur və rahatlıq - ancaq behiştdədir.
“Və əlbəttə, burada sənin üçün bu (nemət) var ki, nə acar, nə də çılpaq qalarsan. Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!”.. Taha” surəsi: 118, 119
Beləliklə deyə bilərik ki, rahatlıq və təhlükəsizlik - Allahın iki böyük nemətlərindəndir ki, insan dünyada onu istədiyi kimi hiss edə bilməz, ona çata bilməz. Həqiqi rahatlıq və təhlükəsizlik - əbədi məkan olan behiştdədir.
“Ləyl” surəsini oxuyanın bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər.
“Ləyl” surəsi Quranın 92-ci surəsidir, Məkkədə nazil olmuşdur və 21 ayəsi vardır.
“Hər kim “Ləyl” surəsini oxuyar, Allah ona o qədər nemət əta edər ki, razı qalar. Ona çətinlikdən salamatlıq verər və işlərini asan edər”... Hz. Peyğəmbər (s)
“Hər kim “Ləyl” surəsini gecə və ya gündüz oxuyarsa, bütün bədən üzvləri yaxşı əməllərinə şəhadət verərlər. Allah onların şəhadətini qəbul edər və behiştə yollayar”... İmam Sadiq (ə)
Bu surənin bərəkətləri. 1. Pis yuxunun qarşısını alar. Hər kim yatan zaman “Ləyl” surəsini 11 dəfə oxuyarsa, yuxuda xeyirdən savayı başqasını görməz. Hər kim işa namazında onu oxuyarsa, o kəs kimi olar ki, Quranın dördə birini oxumuşdur. Namazı Allah tərəfindən qəbul olar.
2. Qızdırmanı müalicə etməyə kömək edər. Hər kimin qızdırması olarsa, “Ləyl” surəsini yazsın və yusun və onu içsin - şəfa verəcəkdir.
Quranla müalicə.
1. Soyuqdəymə və zökəm olduqda
Şərh surəsini oxumaq məsləhətdir.
2. Göz bulanıq gördükdə İnfitar surəsi,
3. Gözdən su gəldikdə Əbəsə surəsi,
4. Mirvari suyunun müalicəsində Bəyyinə surəsi,
5-Qara ciyər xəstəliyində Qəsəs surəsi
6. Yuxusuzluq xəstəliyində Ənbiya surəsini,
7. Yuxuya getmədikdə Ənbiya surəsi,
8. Sidiyə gedə bilməmək Şərh surəsini oxumaq.
9. Uşağın siqt olmaması üçün (düşməməsi) Qələm surəsi,
10. Qulaq ağrısında Əla surəsi,
11. Vasvasılığın aradan getməsi üçün Yasin surəsi,
12. Əlavə olaraq Duxan surəsini oxumaq,
13. Babasil xəstəliyində Əla surəsi.
14. Oynaq ağrıları zamanı Səcdə surəsi
15. Qızdırma vaxtı Səcdə surəsi.
16-şiş xəstəliklərində Nəbəə surəsi,
17. Hamilə olmaq üçün Ali İmran surəsi,
18. Kədər və nigarançılıq vaxtı İnsan surəsi oxumaq.
19. İstəlnilən vaxtda yuxudan oyana bilmək üçün Kəhf surəsi,
20. Uşağın tez dil açması üçün İsra surəsi,
21. Hər hansı bir qanaxma vaxtı Loğman surəsi,
22. Mağazanın bərəkətli olması üçün Ğafir surəsi,
23. Evdən pis hadisələrin uzaq olması üçün Məryəm surəsi,
24. Zalımlardan qorxu vaxtı Casiyə surəsi,
25. Qorxulu hadisələr vaxtı Mücadilə surəsi,
26. Günah kəffarəsi olaraq Kəhf surəsi oxumaq.
27-Xoş aqibət istəmək üçün Muminun surəsi.
28. Evin bərəkətinin artması üçün Məryəm Vaqiə surələri oxumaq.
29. Nəsuh tövbəsi vaxtı Təhrim Təlaq surələri.
30. Yeni doğulmuş çox ağlayan uşaq üçün Ğaşiyə İbrahim surələri.
31. Borcun qaytarılması üçün Adiyat Təhrim surələri.
32. Diş ağrısı vaxtı Qələm Ğaşiyə surələri.
33. Ürək ağrısı üçün Tovhid Qəsəs surələri.
34. Ana südündən ayırmaq üçün İbrahim Buruc surələri.
35. Bədən titrəyəndə Zəlzələ Qədr Şəms surələri.
36. Ürək ağrısının müalicəsində İnsan Qurəyş Fussilət surələri.
37. Ba ş agrılarında Səcdə Fatir Duxan surələri.
38. Dalaq ağrılarında Ğafir Mumtəhənə Qəsəs surələri.
39. Məhbusun azad olması üçün Məaric Tur Hədid surələri.
40. Cindən qorxduqda Nas Muhəmməd Cinn.
41. İmam Zamanın (ə.f) zühurunu görmək üçün İsra Hədid Təğabun surələri.
42. Asan doğuş ücün İmran Zariyat İnşiqaq surələri.
43. Ana südünün çoxalması üçün Hicr Yasin Hucurat Qaf surələri..
Günün hədisləri:
"Həqiqi mömin o kəsdir ki, öz varını kasıblarla bölüşdürsün və insanlar barəsində insaflı olsun"...
"Mömin o kəsdir ki, yaxşı işindən xoşhal, pis işindən narahat olsunlar"...
“Həya iki qisimdir. Bi-rincisi insanın zəifliyindən, ikincisi isə imanın qüvvətindən irəli gəlir. Birincisi lazım olan məsələləri öyrənməkdən irəli gələn, ikincisi isə günah zamanı Allah qarşısında edilən həyadır”...
Hz. Muhəmməd (s)
"Allah rəhmət etsin o kimsəyə ki, öz qədrini bilib,həddini aşmaz"...
"Pəhrizkarlıqdan yaxşı ləyaqət ola bilməz"...
"Hər bir adam öz dilinin arxasında gizlənir"...
"Tamahkar adam haramdan əl çəkməz.Paxıl adamın rahatlığı olmaz"...
"İnsanların öz ata-babalarından zəmanələrinə daha artıq oxşarlıqları var"...
"İntiqam almaqla ağalıq (böyüklük) tutmaz"...
"Qaşqabaqlı, pis niyyətli olmaqla, ziyarət olmaz. Yəni elə ziyarətin faydası yoxdur"...
İmam Əli (ə)
"Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz: 1. Әmаnәti qаytаrmаq, istәr sаhibi yахşı, istәr pis insаn оlsun; 2. Әhdә vәfа еtmәk, istәr pis, istәrsә yахşı insаn оlsun; 3. Аtа-аnаyа yахşılıq еtmәk, istәr yахşı, istәr pis insаn оlsunlаr"...
"İmam Əli (ə) yemək və qidalanma cəhətdən Allahın Rəsuluna (s) ən çox bənzəyən insan idi. Özü (arpa) çörək, sirkə və yağ yeyər, camaata isə (buğda) çörək və ət yedirərdi"... İmam Sadiq (ə)
“Həqiqətən, Allahın yer üzündə insanların ehtiyaclarını aradan qaldırmaq üçün çalışan bəndələri vardır. Onlar Qiyamət günü əmin-amanlıqda olacaqlar”... İmam Kazim (ə)
"Hakimlər yalan danışanda yağış yağmaz, başçının zülmü dövləti rüsvay edər. Malın zəkatı verilməsə mal-qara məhv olar"... İmam Rza (ə)
"Zühurun vaxtı Allahın öhdəsindədir (Allaha məlumdur), vaxt təyin edənlər yalan söyləyirlər”... İmam Mehdi (ə.f)
İslam ariflərindən:
"Heç kəsin keçmişinə (keçmiş əməllərinə) toxunma, hətta ən yaxın adamının! Çünki, ən gözəl bağçaya da bel vursan, heç olmasa bir dənə qurd tapacaqsan"... Hacı İsmail Dulabi
"Arif o şəxsdirki, sükutun fəryadını eşidə"...
"Cəhalət xəstəliyinin müalicəsi maarifdir"...
"Utanılacaq bir şey deyildir ağlamaq, ürəkdən süzülüb gəlirsə göz yaşı əğər...
Silmə göz yaşlarını, qoy axsın ,
Quru gözlər səndən ilham alsın.
HÜSEYİNƏ ağlamağın riyası olmaz,
Qoy Aşuranı bayram edənlər utansın!...
Mah cəmalin günəşmidir ,aymıdır.
Üzünə baxdıqca baxmağım gəlir .
Kipriyin ox ,qaşın hilal ,yayımıdır,
Alıb bu sinəmə çaxmağım gəlir...
P.S. İgid olmaq, Hüseyn (ə) olmaqdır!..
Səndən başqa Allah yoxdur.
Sənin dəvətini qəbul etdim..
Tərifcdə Sənə məxsusdu,
Nemət də Sənə məxsusdu,
Bütün aləmlərin mülkü Sənindir... (c)
Suala cavab.
Salavatın savabının dəyərini bilirsizmi?!
Allahın Rəsulu (s): "Meracda bir mələk gördümki minlərlə əli vardır, hər bir əlində minlərlə barmağı vardır və hər bir barmağında minlərlə bənd vardır.
O mələk dedi: mən dənizə və səhraya düşən yağış suyunun dənələrinin sayını bilirəm. Yaradılışın əvvəlindən indiyə qədər yağış dənələrinin sayını da bilirəm. Amma bir hesab varki mən onu hesablamaqda acizəm..
Allahın Rəsulu buyurdu:
- O nədir?
O mələk dedi: sənin ümmətindən bir dəstə camaat birləşib birlikdə sənə salavat göndərərkən bu salavatın savabını hesablamaqda acizəm".
·· Allahummə salli əla Muhamməd və ali Muhamməd··
Tövsiyyə və dualar:
"Namazı yüngül sayan şəxs məndən deyildir.And olsun ki, elə birisi heç bir zaman yanımda cənnət hovuzuna gəlməyəcək"... Hz. Muhəmməd (s)
"Namaz elə bir atəşdir ki, Atəş necə dəmirə, şüşəyə şəkil verirsə; Namaz da insana Şəkil, Nizam, Hüzur və Gözəllik Verir"... İslam ariflərindən
Namaz qılmayanlar çalışın namaz qılın inşəAllah
İmam Əli (ə)ın 13 mühüm vəsiyyəti.
1. “Sizə tövsiyə edirəm ki, təqvalı olub, Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz.”
2. “Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin.”
3. “Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün.”
4. “Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun.”
5. “Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddiniz Rəsulullahın (s) belə buyurduğunu eşitdim: “Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan üstündür.”
6. “Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr!”
7. “Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (s) daim tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik.”
8. “Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə!”
9. “Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur.”
10. “Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq.”
11. “Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cihadı unutmayın!”
12. “Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız.”
13. “Yaxşılığa dəvət və pislikdən çəkindirməni tərk etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır”...
Dua:
Allahım, Səndən başqa Allah yoxdur. Sənin dəvətini qəbul etdim! Tərif də, nemət də Sənə məxsusdur. Bütün aləmlərin mülkü Sənindir!
Müdriklərdən kəlamlar:
"Əgər çoxdursa sərvətini, yoxdursa qəlbini ver"...
"Bizə gözün gördüyü deyil...
Könlün gördüyü ürək gərək"...
"Ey əllərini qaldırıb dua edən, istəklərdə olan adam!
İstəmək gücünü, dilək üçün qaldırdığın əli sənə kim verdi?
Öz muradından, istəklərindən imtina et də, əsl 'ONU istə!
Muradın tək 'O' olsun"...
"Səni tanımadan öncə gecə-gündüz sevgi nağılı olurdum...
Lakin indi sənin sevginlə nağıl olmuşam"...
Mövlanə Cəlaləddin
"Heç kim Hz. Muhəmmədin (s) prinsiplərindən daha irəli bir addım təyin etməz. Avropaya nəsib olan bütün uğurlara baxmayaraq bizim bütün qanunlarımız, İslam mədəniyyətinə baxaraq çox əskikdir. Biz Avropa millətləri, böyük mədəni imkânlarımıza baxmayaraq, Hz. Muhəmmədin(s) son pilləsinə varmış olduğu nərdivanın daha ilk basamağındayıq"... Johann Wolfgang von Goethe (Alman Şair və Yazar)
"Cənnət və Cəhənnəm haqqında artıq-əskik söz demək istəmirəm;
İkisində də dostlarım var"... M. Tven
"Səyahətdə pəncərə kənarı, sanki yalnızların yeridir. Çünki, əslində ora başını qoyacaq çiyin tapa bilməyənlər üçündür"...
"Sevgi nə idi?Sevgi yaxşılıq idi, dostluq idi. Sevgi əmək idi...
Yaxşı bəs indi, bir neçə günlük zövqmü, ya da 3 günlük mənfəətmi?"..
Can Dündar
"Cənnət və Cəhənnəm haqqında artıq-əskik söz demək istəmirəm;
İkisində də dostlarım var"... M. Tven
"Yoxluğunuzu hiss etməyəni, varlığınızla narahat etməyin"... Bob Marley
"Cənnətə gedən yol, dünyadakı vəzifələri bacarmaqdır"... Pestalozzi
"Məğlub olacağını bilə-bilə niyə mübarizə aparırsan..? dedi. Öləcəyini bildiyi halda yaşadığını unutmuşdu"... Gabriel Garcia Marquez
"Susmaq qəbul etmək deyil, cavabdır anlaya bilənə...Bil ki, qısa cümlələr qurursa insan, uzun yorğunluqları vardır yalnız"... Bob Dylan
"Nə hiss etdinsə onu söylə, getmək istəsə qoy getsin. "Çünki eşq bir film kimidir, oturub iki dəfə izləməyəcəksən"... William Godlam
"Ən uzunömürlü eşq, qarşılıqlı olmayan eşqdir"... SOMERST MAUGAM
"Əfsus!.. İnsanların məzarlar üzərinə axıtdıqları duzlu göz yaşı, onların ölənlərə sağlığında demədikləri şirin sözləridir"...(((
"Günahsız bir dost axtarmaq, dost edilmək istəməmək deməkdir"...
"Getmişdim ki, ürəyini ələ alam. Ürəyimi də əldən verdim"...
"Oğlan heç vaxt onu ağlamağa məcbur edən qızı unutmayacaq.,
Qız isə onu güldürməyi bacaran oğlanı daima xatırlayacaq...
"Oyun bitəndə şah da, piyada da eyni qutuya yığılır"... İtalyan atalar sözü
Mənim ən gözəl şeirim İmam Həsən (ə) haqqındadır.
Mərhum Muhəmməd Hüseyn Şəhriyarın yaxınlarından olan Cənab Pirqulam mərhum ustadla bir xatirəsini danışır. Deyir ki, bir gün ustad Şəhriyara dedim, “Ustad, siz də İmam Həsən (ə) haqqında zülm etmisiniz?”
Ustad Şəhriyar çox təəccüblə dedi:
- “Necə məgər?”
Dedim
- “Ustad, sizin Peyğəmbər (s) haqqında, İmam Əli (ə.s), Xanım Zəhra (s.ə) və İmam Hüseyn (ə.s) haqqında çox gözəl şeir-qəzəlləriniz vardır. Amma İmam Həsən (ə.s) haqqında bir beyt şeir də yazmamısınız?!”
Bunu deməyimlə ustad hönkürtü ilə ağlamağa başladı. Dedi,
- “əzizim, mənim ən gözəl şeirim İmam Həsən (ə.s) haqqındadır. Mənim şah əsərim İmam Həsənə (ə.s) aiddir.” Təəccüblə dedim, “Ustad, axı mənə rast gəlməyib elə bir şeiriniz.”
Buyurdu:
- “Bilirsən, hətta əzbər bilirsən, sadəcə, diqqət etməmisən, indi mən bir misra oxusam, sona qədər əzbərdən oxuyacaqsan.”
Ustad sonra başladı həmin şeiri oxumağa. Baxdım ki, həqiqətən, çox məşhur şeiridir, lakin o vaxta qədər kimsə onun İmam Həsən (ə) haqqında yazıldığını bilmirdi...
Mərhum ustadın həmin şeirini tərcümə və müxtəsər şərhi ilə bütün İmam Həsən Müctəba(ə) və Şəhriyarsevərlərə təqdim edirik:
Ey dost, mən həyatda olduqca kim olduğumu bilməyəcəksən,
Bir gün məni tapmağa çalışacaqsan ki, artıq o gün mən yoxam.
Mənası;
(Burada İmam Həsəni (ə.s) zəhərləmiş zövcəsi Codəyə xitab edilir)
Həyat zindanı olan ölüm astanasında (ərəfəsində),
İnsan özünə yaşadım deyə, töhmət vura bilməz (buna yaşamaq demək olmaz)
Mənası;
(İmam Həsən (ə.s) həm dostları tərəfindən tək qoyulmuşdu, həm də öz zövcəsi tərəfindən zəhərlənmişdi. Muaviyə İmamın ətrafında olanların əksəriyyətini daş-qaşla, bir qrupunu da qorxu yolu ilə o Həzrətdən uzaqlaşdırmışdı. Hətta İmamın (ə.s) öz babası Peyğəmbərin (s) məzarı yanında dəfn edilməsinə imkan verilmədi.)
Göz yaşımın gülabından (gül suyu) bəlli olur ki, mən də bir gül kimi,
Bir gün açıldım gülümsədimsə, ancaq bir ömür ağladım.
Mənası;
(İmam Həsənin (ə.s) müsibəti haqqında yazılan bütün cild-cild kitablar bu beytdə qeyd edilib.)
Qırx il yaşadım, ancaq elə sanarsan ki, iki yüz yaşındayam,
Bəxtim olmayacaqsa, kam ala bilməyəcəyəmsə, iki yüz ildən nə xeyir?
Münsiflik qiyməti sifir olan müddəi özü,
Səbir və dözümlülük sınağında mənə 5 qiyməti verdi.
Mənası;
(Bir gün Müaviyə öz yaxınlarını, məmurlarını toplayır başına, deyir, kim deyə bilər, Hal-hazırda dünyanın ən yaxşı insanı kimdir? Hərə bir söz deyir, biri Muaviyyənin özünü, biri oğlu Yezidin dünyanın ən yaxşı insanı olduğunu deyir. Muaviyə deyir ki, hamınız insafsızsınız, əgər doğru-düzgün demək istəsək, gərək hamımız deyək ki, hal-hazırda dünyanın ən yaxşı insanı Həsən ibn Əlidir. Ustad Şəhriyar bu beytdə həmin hadisəyə işarə etmişdir.)
Bu şəhərdə cəvahir tanıyan yoxdur, Şəhriyar,
Mən saxsılar sırasında necə deyim ki nəyəm?!(kiməm)
(Burada da Ustad İmam Həsənin (ə.s) dili ilə Mədinə şəhərinə xitab edib, həmin şəhər sakinlərinin vəfasızlığına işarə etmişdir.)
Gəncin Şeyxlə söhbəti. İbrətamiz hekayə.
Günlərin bir günü Bir gənc bir şeyxlə sual cavab edirdilər.
Həmən gənc belə bir sual verdi dedi: Qadının ağlı yoxdur.
Şeyx cavabında belə buyurdu: Qadının ağılsızlığı budur ki, səni 9 ay bətnində yetişdirdi. 2 il süd verdi və 20 ildə gözlədi ki sənin kimi axmaq onu təhqir etsin.
Təndirdən su çıxdı. Tarixi ibratamiz hekayə.
Bir gün səma qara buludlarla doldu. Hava çox qaraldı. Nuh (ə) göyə baxır, Allahın əmrini gözləyirdi. Bütpərəstlər öz zülm və fəsadlarını daha da artırır, camaatı öldürür, oğurluq edir, pis və çirkin işlər görürdülər. Fəsad günbəgün artırdı.
Bir gün o kiçik qız qaça-qaça həzrətin yanına gəlib, dedi:
- Təndirdən su çıxır.
Nuh (ə) təndirə tərəf tələsdi. Allah öz doğru vədəsinə əməl etmiş və təndir bir fəvvarəyə çevrilmişdi. Ondan çox möhkəm su qaynayırdı. Qoca qarı heyrət içində qalmışdı və nə edəcəyini bilmirdi. Möminlər gəlib, Allah-təalanın nişanəsinə baxdılar. Onların bəzisi qorxu və ümidlə təndirə, bəzisi isə göyə baxır və şövqdən ağlayırdılar. Səma buludla doldu; qara və tünd buludlarla. Aydın gündüz qaranlıq gecəyə çevrilmişdi. Nuh (ə) uca səslə öz ardıcıllarına buyurdu:
- Gəmiyə doğru tələsin!
Hamı şəhərdən çıxaraq hərəkətə başladı. Gəmi öz yerində idi. Elə bil, möminləri gözləyirdi. Nuh (ə) möminlərin gəmiyə minmələrinə nəzarət edirdi.
Birdən göydə ildırımlar çaxdı. Buludların möhkəm gurultu səsləri ucaldı. Çox güclü yağış yağmağa başladı. Mömin kişi və qadınlar bir-birinin ardınca gəmiyə minirdilər. Nuhun (ə) övladları da orada idi. Yalnız onların biri yox idi. Nuhun (ə) həyat yoldaşı da yox idi. O, bütpərəst idi və həyat yoldaşının peyğəmbərliyinə iman gətirməmişdi.
Heyvanların tələf olmaması üçün Allah-təala Nuha (ə) ilham etdi ki, hər heyvandan bir cütünü gəmiyə daxil etsin. Ona görə də Nuh (ə) əmr etdi ki, gəminin alt mərtəbəsi böyük heyvanlar üçün, üst mərtəbəsi isə quşlar üçün ayrılsın.
Necə deməkdən asılıdır. İbrətamiz hekayə.
Bir şərqli hökmdar yuxuda bütün dişlərinin töküldüyünü görür. Bundan həyacanlanan hökmdar yuxuyozanı yanına çağırıb yuxusunun mənasını ona izah etməsini istəyir. Yuxunu dinləyən yuxuyozan deyir: "Hökmdar, sənə pis xəbər deməli olacaq. Ardıcıllıqla bütün yaxınlarını itirəcəksən".
Bu sözlər hökmdarın qəzəbinə səbəb olur və yuxuyozanı həbsə atmaq göstərişi verir. Bundan sonra başqa bir yuxuyozan hökmdarın yanın çağırılır və yuxunu dinlədikdən sonra deyir: "Bir sevincli xəbər deyəcəm. Sən bütün qohumlarından çox yaşayacaqsan".
Bunu eşidən hökmdar çox sevinir və yuxuyozanı mükafatlandırır. Bunu görən saray əhli ikinci yuxuyozandan nə baş verdiyini soruşdular: "Axı siz ikinizdə eyni sözləri dediniz. Ancaq niyə birinci cəzalandırıldı, səni isə mükafatlandırıldın?".
Yuxuyozan cavab verdi: "Biz ikimizdə yuxuya eyni məna verdik. Ancaq hər şey nə deməkdən yox, onu necə deməkdən asılıdır"..
Türkiyədəki şəhidlərə həsr olunur. İbrətamiz hekayə.
Evin qapısı döyüldüyündə yaşlı qadın gücsüz ayaqlarıyla qapını açmaq üçün getdi. Gələnlər, oğlunun əsgər dostları idi. Hər ikisi yaşlı qadının əlini öpdükdən sonra, uzunboylu əsgər dedi:
- Elə də çox vaxtımız yoxdur anam. Bir neçə saaatlıq icazəmiz var, xeyir-duanı alıb gedəcəyik.
Qadın böyük bir təlaşla cavab verdi:
- Elə şey olarmı heç? Bir tikə yemədən sizi heç hara buraxan deyiləm.
Yaşlı qadın bu sözləri həyat yoldaşı və oğlunun da bir zamanlar əsgər olduğu üçün vərdiş olaraq söyləmişdi. Fəqət, işin sonluğunu düşünməmişdi. Digər əsgər saatına baxdıqdan sonra dedi:
- Yaxşı anam, qarnımız toxdur amma adama iki yumurta qayğanaq etsən yeyərik.
Əslində dəliqanlı qadına əziyyət verməmək üçün belə demiş və baxcada toyuq gördüyü üçün bunun daha asan olacağını düşünmüşdü. Evdə sadəcə 2 yumurta olduğunu və başqa heç nə olmadığını haradan bilərdi?
Yaşlı qadın mətbəxə doğru gedərkən, yan otaqda oturan əsgərlərlə birlikdə hərbi xidmət etdiyi zaman düşmən tərəfindən öldürülən oğlunu xatırladı. O da əsgər dostları kimi yumurtanı çox sevərdi. Qadın titrək əlləri ilə yumurtaları götürərkən istər istəməz üzülür və əsgərlərin adama iki yumurta dedikləri halda onların qarşısına necə çıxacağını düşünürdü. Əsgərlər qablarında 1 yumurta görüncə nə olacaqdı?
Daha heç nə düşünmədi qadın. Və aciz halda yumurtaları çırpdıqda, nurlu gözləri sevinc göz yaşlarıyla islandı. Yumurtaların hər ikisi cüt sarılı idi. Bəli, hər iki yumurta cüt sarılı…
Kəmsavad bir vaiz məclisdə ərəb dilindəki nadir kəlmələrin mənasından danışırmış. Ondan "Sərihan"- sözünün mənasını soruşurlar.
Vaiz deyir: Sərihan - Həzrət Yusif Peyğəmbər (ə)ı yeyən canavarın adıdır.
Yerdən bir nəfər etiraz edib deyir: Axı, Həzrət Yusifi (ə) canavar yeməyib!
Vaiz özünü sındırmayıb, cavab verir: Deməli, Sərihan - Həzrət Yusifi (ə) yeməyən canavarın adı imiş.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев