Uranq Medan gəmisi. 1947-ci ildə ABŞ gəmilərinə bir gəminin Malayziya sahillərində qəzaya uğraması haqda məlumat daxil olur. Bu məlumatı onlara verən şəxs holland gəmisi olan Uranq Medanın üzvü idi. Məlumat ötürən şəxsin danışığı get-gedə itməyə başlayırdı və sonda həmin şəxsin "mən ölürəm" söyləməsindən sonra əlaqə qırılır. Köməyə gəlmiş amerikalılar Uranq Medan gəmisini toxunulmaz və qəzaya uğramamış vəziyyətdə aşkar edirlər. İçərisinə daxil olduqda isə bütün heyət üzvlərinin, itlərin belə öldüyünü görürlər. Qəribəsi ondadır ki, ölənlərin sifət cizgiləri qorxunc nəsə görürmüş kimi əcaib forma almış, barmaqları isə göydə nəyisə göstərirmiş kimi yuxarıya ünvanlanmışdır.