Deməli Xoşqədəm Hidayətqızının əvvəl bir verilişi var idi - "Sən tək deyilsən". Yığırdı camaatı danlayırdı, ağladırdı, ağladırdı, danlayırdı.
Bir dəfə verilişin qəhrəmanı insan alverinin qurbanı olmuş bir fahişə idi. Deməli adam danışır ki, bəs məni aldadıb Türkiyəyə apardılar, sonra pasportumu alıb fahişə kimi işlətməyə başladılar. Günə 25-30 kişi qəbul edirdim filan.
Xoşqədəm də qulaq asdı-asdı, axırda qayıtdı ki, barı pulunuzu vaxtı vaxtında verirdilərmi?