Qədim və şanlı tarixi olan Odlar
yurdu Azərbaycan öz təbii və
mənəvi sərvətləri ilə həmişə
zəngin və səxavətli olmuşdu.
Onun bitib-tükənməyən qara
qızılı, kəhrəba buğdası, dadlı-
ləzzətli meyvələri, sərin, şəfalı
yaylaqları hamını heyrətə
gətirmişdir. Neçə-neçə xalqın
görkəmli elm və sənət xadimləri
yurdumuz qarış-qarış gəzmiş, bu
möcüzələr aləminin gözəlliklərinə
vurğun kəsilərək, əsrlər boyu
onu ürək və ilhamla tərənnüm
etmişlər.
Bəli, təbiət öz bolluğunu və
səxavətini heç vaxt bu
torpaqdan əsirgəməmişdir. Bu
torpağın insanları da dost ürəkli,
qonaqsevərdirlər. Onlar son
tikələrini də dostla bölməyə,
özləri çətinə düşsələr də,
başqasını çətinlikdən
qurtarmağa hazırdırlar. Amma nə
edəsən ki, təbiətin səxavəti,
yurdumuzun sərvəti, eləcə də,
xalqımızın kin-küdurətsiz saf
qəlbi həmişə başımıza bəla
olmuş, çox vaxt dost dediyimiz
kəslərdə naxələflik görmüşük.
Çörəyimizi yeyib suyumuzu içən,
üzdə özünü dost kimi göstərib
daxildə türkə qənim kəsilən alçaq
xislətli erməniləri
tanımamış,onların xəbis
niyyətlərindən xəbər
tutmamışıq. “ Böyük
Ermənistan” xülyasına qapılan
ermənilər Rusiya imperiyasına
arxalanaraq doğma yurdumuzun
iyirmi faiz ərazisini qəsb etmiş,
bir milyon yurddaşımızı öz
torpaqlarından qovaraq qaçqına
çevirmişlər. Qarabağımıza, Cıdır
düzünə, İsa bulağına həsrət
qalmışıq.
Əzilmişik, amma üzülməmişik.
Qəhrəman oğulları, qeyrətli
qızları olan bir xalq heç zaman
sına bilməz, əyilə bilməz. Çox
keçməyəcək ki, Azərbaycan oğlu
kükrəyərək yerindən qalxacaq,
əsl hərb meydanını düşmənə
göstərəcəkdir. Ya odlara yanmalı,
ya da Vətənimiz Azərbaycanın
ən dilbər guşəsi olan Qarabağı
yağı əlindən xilas etməliyik. Ya
şəhid olmalı, ya da Koroğlu
cəsarətini, Babək vüqarını
düşmənə göstərməliyik.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев