Peyğəmbər(s) buyurur: "Səhabələrim qiyamet günü sol tərəfə aparilacağlar. O, zaman mən "Hara?" deyə soruşacağam. "And olsun Allaha, atəşə!" deyə cavab verilecəkdir. Mən, "Ey Rəbbim, bunlar mənim səhabələrimdirlər" deyəcəyəm. "Bunların səndən sonra nə etdiklərini bilmirsən!" deyə cavab veriləcəkdir. O zaman mən "Məndən sonra dəyişənlərə heyfler olsun!" deyəcəyem. Onlardan, sürüdən qopub itən dəvə misalı kimi, yalniz bir neçəsi qurtulacağdır." Səhih Buxari cild 7, seh 209. Muslim "sehih" əsərinde (bab el-hauz).
Narın faydaları "Yüz iyirmi növ meyvə var ki, onların da ağası nardır" Fəsil dəyişir və yay fəslinin meyvələri öz yerini payız meyvələrinə verir. Bu meyvələrin içində isə ən faydalısı Tövratda və Quranda adı çəkilən, cənnət meyvəsi olduğu bildiriləın nardır. Bu meyvənin demək olar ki, hər dənəsi insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edir. İslamazeri.az İnternet Qəzeti dəyərli izləyicilərinə narın faydaları və Əhl-i Beyt əleyhimussalamın nar haqqında hədislərini təqdim edir: Nar- A, C, B, P, E vitaminləri və kali, kalsium, yod, mis, dəmir və s. mikroelementləri ilə olduqca zəngindir. Nar bağırsaq parazitlərinin düşmənidir və qurdqovucu təsirə malikdir. C vitamini cəhətdən portağal
Arzu Eliyev Sonra onların hamısı Allaha – onların həqiqi və əsl ixtiyar sahibinə tərəf qaytarılacaqlar. Bilin ki, (o gün, barəsində heç bir mübahisə olmayan və mütləq) hakimiyyət (və varlıq aləmində ən təsirli hökm) Ona məxsusdur və O, hesab çəkənlərin ən sürətlisidir. Ənam.62. Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır). Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allah
De: "Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!" #Yunus10
Müslim öz "Səhih" adlı kitabında bir neçə sənədlə belə nəql edir: İbn Abbas dedi: "Peyğəmbər (s) Mədinədə Zöhrlə Əsri və Məğriblə işa namazlarını heç bir qorxu və yağış olmadan bir-birinin ardınca cəm edərək qıldı". İbn Abbasa deyildi ki: "Peyğəmbərin (s) namazları belə qılmaqda məqsədi nə idi?" ibn Abbas dedi: "Ümmətinin çətinliyə düşməməsini istədi". Əhli-Xilaf mənbəsi: Səhihi-Muslim, hədis: 15018, 15019, 1520. Naşir: Darul-fikr, səh: 325.
Əxlaqlı olmaq nədir? Məncə əxlaqlı olmaq əli sinəyə qoyub sağa-sola boyun sallmaq deyil, həm də həmin əli yumruq edib düşmənlərə və zalımlara silkələməkdir. Əxlaqlı olmaq ancaq yaxşı sözlər danışmaq deyil, həm də düşmən və zalımlara layiq olduğu pis sözləri deməkdir. Əxlaqlı olmaq hamıyla dost olmaq deyil, həm də haqqı müdafiə edərək düşmən qazanmaqdır. Əxlaqlı olmaq həmişə dəli kimi hamıya gülümsəmək deyil, həm də zülmə, haqsızlığa qaşlarını çatıb qəzəb göstərməkdir. Əxlaqlı olmaq hamıyla “mudara” (tolerant) etmək deyil, həm də lazım gələrsə müxalifət etməkdir... “İman ondur doqquzu mudaradır” hədisini rəhbər tutan, “Zülmə susan dilsiz şeytandır” kəlamını necə şərh edər bəs? Mudara av
Ateistlər Quranın insan tərəfindən yazıldığını iddia edirlər, amma indiyədək buna dair heç bir qane edici və məntiqli dəlil gətirə bilməyiblər. İslamı qəbul etmiş fransalı professor Moris Bukay Quranın insan tərəfindən yazılmasının mümkün olmadığını elmi sübutla iddia edir: «Quranın müasir elmin işığında tam şəkildə və qərəzsiz araşdırılması bizlərə bu ikisinin (yəni Quranla elmin) arasında fikir ayrılığının olmamasını sübut edir. Belə bir araşdırmadan məlum olur ki, Məhəmməd (s.ə.)-ın zamanında nə o özü, nə də başqa bir insan müasir elmə uyğun olan bu cür heyrətamiz və qeyri təbii məsələləri yazmağa qadir deyildir.» Moris Bukayın müsəlman olmasına səbəb onun Fironun cəsədinin üzərində apa
Nə üçün Quranda həzrət Əlinin (ə) adı yoxdur? İmam Sadiq (ə) buyurub: “Əgər Quran, Allahın istədiyi və nazil etdiyi şəkildə tilavət olunub düşünülsə (araşdırılsa), həqiqətən göstərilən nişanələrdə bizi tapacaqsınız”. Əbu Bəsir deyir: İmam Sadiqə (ə) ərz etdim ki, camaat deyir: “Nə üçün Əlinin və onun Əhli-beytinin adı Quranda yoxdur?” Buyurdu: “Onlara de ki, namaz Allahın Rəsuluna (s) nazil oldu. Amma Allah, onun rəkətərinin sayını – üç, dörd sayda olduğunu kitabında deməyib. Onları Allahın Rəsulu (s) camaat üçün təfsir edib və ...” Bəzən Əli (ə)-ın adının Quranda yazılıb-yazılmaması barədə soruşurlar... Düzdür ki, Quranda Əli (ə)- ın adı çəkilmir. Lakin ünvanı göstərilir. Peyğəm
"Ya Əli" demək şirkdir? Bəziləri müsəlmanları "Ya Əli" dediklərinə görə şirkdə ittiham edirlər. Əvvəlcə gəlin bu işə nəyə görə şirk dedikləri ehtimalları gözdən keçirək: 1. "Ya Əli" nidadır və Əli ibni Əbu Talibi çağırmaqdır. Sadəcə çağırmaq belə olsa, şirk hesab edəcəklər. 2. "Ya Əli" - Əli əleyhissalama təvəssül etməklə Allaha yönəlməkdir. Buna da şirk deyirlər. 3. "Ya Əli" - Əli əleyhissalamdan nəsə istəməkdir. Buna da şirk adı qoyublar. Birinci ehtimala şirk demək çox gülüncdür. Çünki bu sadəcə nidadır və Quranda Allah Özü də bir neçə yerdə "Ya" deyə çağırıb, "Ya Adəm", "Ya Musa", Ya Məryəm", "Ya İsa", "Ya əyyuhəlləzinə amənu" - "ey iman gətirənlər", "Kafirun" surəsində isə Rə
Показать ещё