Durub cərgə ilə müəllimlərim. Baxırlar üzümə sözü var kimi, Bu doğma mehriban şən baxışlara. ƏLVİDA deməyə dilim gələrmi?
02:02
Son zəng 2017 67 nömreli məktəb
426 просмотров
Dayanın çalmayın sonuncu zəngi, Yoxsa ürəyimə toxunacaqdır. Bir zaman -GƏL- deyən o doğma səsdə, Bir hicran nəğməsi oxunacaqdır.
03:52
67N-li məktəb Son zəng 2017 klip
280 просмотров
  • Класс
Məktəbimizin 9"b" sinif şagirdi Quliyeva Mehri Bəxtiyar qızını və 9"c" sinif şagirdi İsmayılova Rəqsanə Anar qızını əldə etdikləri uğura görə təbrik edirik. Bu fərqlənmə attestatları neçə illik müəllim əməyinin, valideyn qayğısının və şagir zəhmətinin qarşılığıdır. Eyni nəticəni 11 illik attestatları alarkən də göstərəcəklərinə ümid edir və daima zirvələrə yüksəlmələrini diləyirik.
Sizi 2012-ci ildən tanıdım. Bir çox ilki sizinlə yaşadım. İllər ötdü, zaman keçdi. Siz nə qədər böyüsəniz də hər zaman mənim dəcəl, şıltaq, ərköyün körpələrim olaraq qaldınız əziz mələklərim və igidlərim. 5B-9B 2012-2017-ci illərdə müəllim ömrümə işıq saçdınız, həyat tarixçəmə qızıl hərflərlə yazıldınız. Sizi çox sevirəm və heç vaxt unutmayacam əzizlərim. Sinif rəhbərinizdən sevgilərlə!
03:56
Hababam sinfi 2017
234 просмотра
Bu bizim keçmiş şagirdimiz Nurlan İsazadədir. O, 6-cı sinfə qədər məktəbimizdə təhsil alıb. İbtidai sinifdə Zeynəb Xankişiyeva, yuxarı sinfdə Ceyran Quliyeva olub sinif rəhbərləri. Sonra ailəsi ilə birlikdə ABŞ-a köçüblər. Hal-hazırda New york şəhərində John Jay University of Criminal Justice təhsil alır. Şəkildə orta sıradan birinci Nurlandı. Məktəbimizə ünvanladığı yubiley təbrikinə görə Nurlana təşəkkür edirik.
Bu da son! 21 iyun 2017-ci ildə 67 nömrəli məktəbin tarixinə bir ilk daha yazıldı. "O SƏS 67" yarışmasının final mərhələsi böyük həyəcana və marağa səbəb oldu. Finalda iştirak edən yarışmaçıların hər biri bir xalq, bir estrada və ən çox həvəslə gözlənilən komanda kapitanları ilə duet mahnılar ifa etdilər. Nəhayət məktəbin ən güclü səsi müəyyənləşdi. Final mərhələsinin qalibi gözlənildiyi kimi gözəl səsə və musiqi duyumuna malik, istedadlı ifaçımız 8g sinif şagirdi Qurbanova Fidan Teymur qızı oldu. Yarımfinalda və finalda iştirak edən digər yarışmaçılar diplom və tərifnamələrlə təltif olundular. Qələbəni öz səsi və öz gücü hesabına əldə etdi gözəl Fidanımız. Tədbirin ən təsirli, duyğusal anı
Əziz müəllimlər, valideynlər, şagirdlər və məzunlarımız! Müqəddəs Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edir, sizə məktəbimiz adından xoş diləklərimizi çatdırırıq. Allah ibadət edənlərin ibadətlərini qəbul etsin, ibadət etməyənlərə isə tezliklə nəsib etsin. Allah günahlarınızı əfv edib hər birinizi əsl imana qovuşdursun. Sevdiklərinizlə birlikdə günahlardan uzaq, nurlu, işıqlı, firavan həyat diləyirik sizlərə. Bayramınız mübarək əzizlərimiz!
67 nömrəli məktəbin elm və incəsənət ocağı kimi yetişdirdiyi məzunlarının bir çoxu müstəqil həyata uğurla qədəm qoymuş, məktəbimizin adını daima ucaldaraq yüksək zirvələrdə yer almışlar. Nikolay Konstantinoviç Baybakov bunun bariz nümunəsidir. N.K.Baybakov məktəbimizi hər zaman hər yerdə layiqincə təmsil etmiş, ömrünün sonuna qədər məktəbimizdən diqqət və sevgisini əsirgəməmişdir. Bugündən etibarən sizləri mütəmadi olaraq məktəbimizin ən yüksək nəticə göstərən məzunları ilə tanış edəcək və onların uğurlarını sizinlə bölüşəcəyik. http://mekteb.edu.az/az/18/18067a0000_3h.htm
Показать ещё