canazerbaycan.qrupu

☾✵Can AzerbayCan☾✵

Добавлено видео
🇦🇿 Daha bir cüdoçumuz Zelim Kotsoyev dünya çempionu olub Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatının qalibi olub. 100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda kanadalı Şadi Elnahasa qalib gəlib. Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq. İndiyədək milli üzvlərindən Hidayət Heydərov (73 kq) qızıl medal qazanıb. Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akınçı” PUA-sı tərəfindən aşkar edilib. Bu barədə “TRT Haber” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. “Türkiyə İran üçün çətin gündə onun köməyinə gəldi və mehriban qonşuluğun, dostluğun diktə etdiyi addımları atdı. Nazirimiz (Yaşar Gülər) həmin gün baş verənlərlə bağlı ətraflı danışıb. Hər kəs axtarış əməliyyatını sosial şəbəkələrdə canlı izləyib”, – mənbə bildirib. Qeyd edək ki, İran Baş Qərargahının məlumatına görə, helikopterin yeri İran silahlı qüvvələrinin PUA-ları tərəfindən aşkar edilib.
canazerbaycan.qrupu

☾✵Can AzerbayCan☾✵

Добавлено видео
Показать ещё