1937 ci ildə Əhməd Cavad həbs olunandan sonra
Mircəfər Bağırov Əhməd Cavadın həyat
yoldaşına- Şükriyyə xanıma Cavaddan boşanmağı
təklif edir. Yoxsa həbs edəcəklər - deyir. Şükriyyə
xanımın isə Mircəfər Bağırova cavabı belə olur:
"Bəlkə də Cavadı güllələyəcəklər. Amma mənim
boşanma ərizəm ona güllədən də ağır olacaq.
Mən Əhməd Cavada görə atam Süleyman bəyi
ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı
heç vaxt ayaqlamaram".
Şükriyyə xanımı da həbs edirlər. 1937-ci ilin
sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru
yol almışdı. Vaqonda 47 nəfər vardı, üç gündü ac-
susuz yol gedirdilər, üstəlik ayaq üstə. Həmin
vaqonda Şükriyyədən başqa Ceyran Bayramova
da vardı. O Ceyran ki, Bakıda Şükriyyə