Bakıda davam edən güləş üzrə U-23 Avropa çempionatında Azərbaycanın 2 yunan-Roma güləşçisi finala yüksəlib. Ziya Babaşov (63 kq) və Həsən Həsənli (77 kq) həlledici mərhələyə vəsiqə qazanıblar. Rəşad Məmmədov (55 kq) isə yarımfinalda məğlub olduğu üçün bürünc medal uğrunda görüşə çıxacaq. Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da yekunlaşacaq.
Показать ещё