Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz Səbuhi Yamən oğlu Süleymanov öz doğma kəndində torpağa tapşırılıb. Şəhidlə vida mərasimində doğmaları, rayon rəhbərliyi, din xadimləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhid Səbuhi Süleymanov Şəkinin Cəfərabad kənd qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci il martın 9-da Şəkinin Cəfərəbad kəndində anadan olub. O, 1992-ci il dekabr ayının 25-də Ağdərə rayonunun Qozlu kəndi istiqamətindəki döyüşlərdə itkin düşmüş hesab olunurdu. Səbuhi Süleymanov naməlum şəhid kimi Tərtər şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
    6 комментариев
    36 классов
    Kremlə yaxın mənbələrdən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin hazırkı cəbhə xətlərini tanıyan atəşkəs sazişi bağlamağa hazırdır.  “Reuters“in yaydığı məlumata görə, döyüşlərin davam etmə ehtimalına baxmayaraq, Putin münaqişəni diplomatik danışıqlar yolu ilə dayandırmağa üstünlük verəcək. Daxili mənbələr Rusiya liderinin Qərbin dəstəklədiyi danışıqların pozulması və Ukrayna prezidenti Vladimir Zelenskinin dialoqdan imtina qərarından məyus olduğunu bildirib. Putinin mətbuat katibi Peskov vurğulayıb ki, Rusiya "əbədi müharibəyə" can atmır və sülh həllinə nail olmaq üçün dialoqa açıqdır. Mənbələrin bildirdiyinə görə, Rusiya rəhbərliyi qələbəni rus xalqına “satmaq” üçün kifayət qədər hərbi uğurlar əldə edildiyinə inanır. Onlar həmçinin qeyd edirlər ki, gələcək hər hansı mühüm hərbi uğur üçün yeni milli səfərbərlik tələb olunacaq, Putin populyarlığına və Rusiyanın daxili sabitliyinə mənfi təsir göstərdiyinə görə bundan qaçmaq istəyir. Andrey Belousovun müdafiə naziri təyin edilməsi ilə bəzi Qərb analitikləri bunu Rusiya iqtisadiyyatının daimi hərbi rejimə keçidi kimi qiymətləndirirlər. Bununla belə, mənbələr iddia edir ki, Kreml rəhbəri münaqişəni dayandırmaq üçün mövcud vəziyyətdən istifadə etməyə üstünlük verəcək. Sülh danışıqlarının perspektivləri qeyri-müəyyən olaraq qalır, çünki Zelenski dəfələrlə Putinin şərtləri ilə sülh ideyasını rədd edib və bütün itirilmiş ərazilərin qaytarılmasında israr edir. Rusiya prezidenti isə 2022-ci ildə rəsmi olaraq Rusiyanın tərkibinə daxil olan dörd Ukrayna regionunun əhəmiyyətli hissəsini saxlayaraq hazırkı cəbhə xəttini tanımağa və münaqişəni dondurmağa hazırdır.
    12 комментариев
    18 классов
    Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 637 milyon manata çatıb. AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb. Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 636,99 milyon manat təşkil edir.
    1 комментарий
    5 классов
    4 комментария
    144 класса
    Журналистка высказала правду в лицо армияну
    10 комментариев
    18 классов
    Ukrayna Ordusu dronlarla Rusiyanın Həştərxan vilayətinin Axtubinsk hava bazasında yerləşən ən müasir (beşinci nəsil) döyüş təyyarəsi Su-57-ni sıradan çıxarıb. Təyyarənin dəyəri yüz milyonlarla ABŞ dolları ilə ölçülür. Bundan başqa, Rusiyaya məxsus “Pantsir" havadan müdafiə kompleksləri də məhv edilib.
    1 комментарий
    7 классов
    Xocalıda azərbaycanlıların kütləvi qətlində, Xankəndidə uşaq xəstəxanasında saxlanılan əsirlərə işgəncə verməkdə ittiham olunan Raşid Beqlaryanın Azərbaycanda məhkəməsi gedir. Onun işinə Füzuli Hərbi Məhkəməsinin hakimləri baxsalar da, iyunun 7-də proses Bakıda - Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib. Məhkəmədə bir sıra sənədlər açıqlanıb. R.Beqlaryanın istintaqdakı ifadələrində onun Xocalı faciəsinin törədilməsində, azərbaycanlıların kütləvi qətlində iştirakı etiraf olunur. Məhkəmədə isə o, bunları təkzib edərək deyib ki, baş verənləri dostu Seqo Doluxanyandan eşidib. R. Beqlaryan istintaqdakı ifadəsində S.Doluxanyanın Əsgəran bölüyünün döyüşçüsü olduğunu bildirib. “Olanların hamısını mənə dostum danışıb. Mən həmin vaxt sürücü işləyir, ərzaq daşıyırdım”, - Beqlaryan məhkəmədə belə söyləyib. O, “Beqlaryanın döyüş yolu” adlı xatirələrində yazdıqlarını da təkzib edib və deyib ki, pensiya almaq üçün müharibədə xidmətləri haqda şişirdilmiş məlumatlar yayıb. Sənədlərin tədqiqi zamanı Fransadan müxtəlif vaxtlarda ona 2 milyon avroya yaxın pul köçürüldüyü üzə çıxıb. Beqlaryan bu pulun yardım məqsədilə göndərildiyini bildirib. Məhkəmə davam edir. Qeyd edək ki, Raşid Beqlaryan ötən il avqustun 1-də Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində saxlanılıb. Onun dövlət sərhədini pozduğu iddia edilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX-da) ona qarşı Azərbaycan Cinayət Məcəlləsinin 112-ci (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113-cü (işgəncə), 115.2-ci ( müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.1-ci (qanunsuz miqrasiyanın təşkili) maddələrilə ittiham irəli sürülüb. Ermənistan mediası Beqlaryanın sərxoş halda yaşadığı kəndi tərk etdiyini, azaraq Azərbaycan ərazisinə keçdiyini və həbs olunduğunu yazıb.
    1 комментарий
    12 классов
    “Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının azərbaycanlı oyunçusu Rövşən Əsgərova Rusiyada cinayət işi açıla bilər. Bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib. Bildirilib ki, Rusiya Federasiyasında xarici agent (Rusiyada xaricdən dəstək alan və ya "xarici təsir" altında olan şəxslərə verilən status) kimi tanınan Rövşən Əsgərov xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə onun barəsində cinayət işi açıla bilər. “Əsgərov Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəliklərdən yayındığına görə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi) cinayət işi ilə üzləşib. Bunun üçün əsaslar var. Əgər iş başlansa, Əsgərovu iki ilə qədər həbs gözləyir”, - deyə agentliyin həmsöhbəti bildirib. Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur. İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib. Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.
    1 комментарий
    7 классов
    Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib. Bu barədə qurumun teleqram kanalında bildirilib. “İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub. Mayor Baxış Baxışlı (soldakı şəkil) Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə şəhidlər xiyabanında torpağa tapşırılacaq. Allah rəhmət eləsin!
    2 комментария
    7 классов
    Almaniya kansleri Olaf Şolts sosial şəbəkədə videomüraciət yayımlayıb. O, Rusiya prezidenti Vladimir Putindən Ukraynanın diz çökməyəcəyini etiraf etməyi tələb edib. Şolts X sosial şəbəkəsindəki müraciətində deyib: “Ukrayna güclüdür və diz çökməyəcək, onu təslim olmağa məcbur etməyəcəklər, nəhayət, Ukrayna üçün yalnız ədalətli sülh mümkündür”. Şolts qeyd edib ki, Ukraynanın müttəfiqləri ədalətli sülh üçün yorulmadan çalışırlar. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Almaniya kansleri Olaf Şoltsu ukraynalılar qarşısında tövbə etməyə çağırıb. Medvedev bu barədə Teleqram kanalında yazıb. "Şolts ukraynalıların qarşısında diz çöküb tövbə etməlidir. Qaçılmaz qalibiyyət haqqında yalan danışdığına görə bu addımı atmalıdır", - deyə Medvedev bildirib. Xatırladaq ki, bir gün əvvəl Putin SPİEF-in plenar iclasında demişdi ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, ancaq Minskdə, sonra isə İstanbulda razılaşdırılmış şərtlərlə.
    2 комментария
    8 классов
Показать ещё